Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bəxtiyar Quliyev: Bu il Azərbaycanda stronqmen idmanı üzrə beynəlxalq festival təşkil olunacaq

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev idmanın bu növünün ölkəmizdə inkişaf perspektivləri barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Bəxtiyar müəllim, ötən ili Azərbaycan Stronqmen Federasiyası üçün necə qiymətləndirirsiniz?

- Ötən il federasiyamız üçün çox uğurlu olub. Qarşıya qoyulan bütün məqsədlərə nail olduq. İlin əvvəlində ölkə çempionatının ilk mərhələsi keçirilib. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan yarışa gözlədiyimizdən də artıq iştirakçı qatıldı. Belə ki, 40-dək idmançı birincilik uğrunda mübarizə apardı. Mayda Bakı Su İdmanı Sarayının ərazisində digər yarışımız – “Caspian Power Show” təşkil olundu. Bu il həmin yarış festival formatında təşkil ediləcək. İstəyirik ki, festivalda bir neçə idman növü, xüsusən stronqmenə yaxın olan güc idman növləri təmsil olunsun. Əgər digər idman növlərindən də təklif gələrsə, biz onu dəyərləndirməyə hazırıq. Festival stronqmenin kütləviliyinin təmin olunmasına xidmət edəcək və gələcəkdə sıralarımızın genişlənməsinə yeni imkanlar açacaq. Tədbir çərçivəsində stronqmen üzrə Avropa çempionatı da olacaq. Festival idman yarışları ilə yanaşı, sahibkarlar üçün yeni əməkdaşlıqların qurulmasında böyük rol oynayacaq. Beynəlxalq təcrübədə belə yarışlar var. Tədbir zamanı idman geyimi, avadanlığı və qidaları şirkətləri öz stendləri ilə təmsil olunacaqlar. Bu “expo yarışlar” adlanır və mən həmin festivallarda iştirak etmişəm.

Artıq festivalın hazırlığına start verilib. Yaxın günlərdə festivalın rəqəmsal videoçarxı hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. İndidən deyim ki, bu mükəmməl bir yarış olacaq. Azərbaycan Ciu-cutsu Federasiyası ilə danışıqlarımız müsbət yekunlaşıb və idmanın bu növü festivalda yer alacaq. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq festivalın ənənəvi xarakter alması idmançılarımızın peşəkarlıq səviyyəsinin artmasına xidmət göstərəcək.

Bundan başqa, idmançılarımız müxtəlif tədbirlərdə iştirak ediblər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festivalda millimizin üzvləri nümunəvi çıxışları ilə iştirakçılara xoş anlar yaşadıblar. Həmçinin oktyabrda ölkə çempionatının növbəti mərhələsi yüksək səviyyədə təşkil olunub.

- ASF-in beynəlxalq qurumlarla əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Hazırda dünyada stronqmen üzrə 4 beynəlxalq qurum fəaliyyət göstərir. Bunlardan ikisi kommersiya xarakterlidir. Biz əsasən, Dünya Stonqmen Federasiyası ilə əməkdaşlıq edirik. Həmçinin qədim idman növlərinin inkişafını nəzərdə tutan “Ethnosport” təşkilatı ilə də sıx münasibətimiz var. Təşkilatın prezidentinin Bakıya səfəri zamanı fikir mübadiləsi apardıq. Bir müddət əvvəl “Ethnosport”un rəhbərliyi Asiya Oyunlarının təşkilatçı qurumu olan “Accord Sport” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Həmçinin Türkiyədə də bu tipli yeni idman qurumu yaradılıb. Artıq onlar Türkiyədə yarış da təşkil ediblər. Onlarla da əməkdaşlığa başlamağa hazırlaşırıq.

Cari ildə Bakıda təşkil olunacaq festivala Dünya Stronqmen Federasiyasının reytinq cədvəlində ilk pillələrdə qərarlaşan idmançılar dəvət ediləcəklər. Bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. Həmçinin bu ilin yayında “Ethnosport”un təşkilatçılığı ilə Azərbaycanın bölgələrinin birində yarışın təşkili nəzərdə tutulub. Belə ki, bu yarışda pəhləvanlarımızın iştirakı planlaşdırılır. Pəhləvanlarımız ölkədaxili bütün yarışlara dəvət olunurlar. Hazırda ölkəmizdəki pəhləvanlar Mədəniyyət Nazirliyində qeydiyyatdan keçiblər. Artıq ASF fəaliyyət göstərdiyi üçün mən onları federasiyamıza üzv olmağa çağırıram.

- İdmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınma ehtimalı varmı?

- Düşünürəm ki, yaxın gələcəkdə stronqmen Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Bunun üçün müxtəlif çəkilər və hərəkətlər təsdiqlənib qəbul olunmalıdır. Bizim bu haqda Nizamnaməmiz var. Bu istiqamət üzrə fəaliyyətimizi davam etdiririk. Yaxın vaxtlarda atletlərimizə idman ustalığına namizəd, idman ustası və beynəlxalq dərəcəli idman ustası adlarını təqdim edəcəyik.

- Stronqmen idman növünün bölgələrdə inkişafı istiqamətində hansı addımlar atılır?

- Quba, Gəncə, Tovuz, Qazax və Mingəçevirdə bölmələrimiz fəaliyyət göstərir. İdmanın bu növü ilə maraqlananlar bölmələrə müraciət edirlər. Hazırda cənub bölgəsində bölmələrin yaradılması haqqında razılıq əldə olunub. Federasiyamız 2017-ci ilin ortalarından yaradılsa da, əsas fəaliyyətə ötən ildən başlamışıq. İdmanın bu növü üzrə kütləviliyə nail olmaq üçün yollar axtarırıq. Fikirləşirik ki, klublararası yarışlar təşkil edək. Hər həftə bir mərhələsi keçiriləcək yarışa marağın böyük olacağına ümid edirəm.

İdmançıların çoxluğu sağlam rəqabətdən xəbər verir. Əgər perspektivli idmançılarımız çox olsa, biz də onların arasında beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək daha güclüləri seçə bilərik. Bakıda mütəmadi olaraq idmançılar üçün seminarlar təşkil edilir. Tanınmış idmançıların iştirakı ilə bölgələrdə də seminarlar keçirməyi planlaşdırırıq.

- Peşəkar stronqmen idmançısı olmaq üçün hansı keyfiyyətlər üstün götürülür?

- Əsasən güc, dözümlülük və elastiklik. Bəzən elə hərəkətlər olur ki, onu hündürboylu idmançılar daha asan yerinə yetirirlər. Əvvəlcə əzələlərin elastikliyini inkişaf etdirmək üçün dartma fəndləri yerinə yetirilməlidir. Ümumiyyətlə, peşəkar idmançı olmaq üçün illər lazımdır. Təcrübə də mütləqdir. Bununla yanaşı, idmançı yarışa psixoloji cəhətdən də hazır olmalıdır. Bütün bunların əsasında peşəkar məşqçi amili dayanır.

Hazırda dünyada ən məşhur stronqmenlər Zadrunas Saviçkas və Mariuz Podzianovskidir. Dünya rekordu isə ingiltərəli Edi Holla məxsusdur. Hazırda İngiltərədə idmanın bu növü sürətlə inkişaf edir. Əvvəllər stronqmen ABŞ-da daha çox yayılmışdı. Həmçinin Skandinaviya ölkələri, Polşa, Çexiya, Bolqarıstanda da idmanın bu növü çox populyardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub