MƏDƏNİYYƏT


“Bəxtiyar” musiqili komediyası növbəti dəfə səhnədə

Bakı, 1 iyul, AZƏRTAC

Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası iyulun 6-da yenidən nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.

Tofiq Quliyevin 105 illiyinə həsr olunan bu səhnə əsəri “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Bu dəfə Bəxtiyar obrazını Şaban Cəfərov, Saşa obrazını isə Aydan Həsənova canlandıracaqlar.

Tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Hidayət Əliyev, Zaur Əliyev, Adelin Öztürk, Mehriban Rəcəbova, Cəbrayıl Cəbrayılov və başqaları iştirak edəcəklər.

Tamaşa üçün biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar.

Kollektiv sifarişlər də qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.