CƏMİYYƏT


Beyazit Yumuk: Fəxr edirik ki, Azərbaycan xalqı böyük istiqlal mübarizəsi ilə öz müstəqilliyini qazanıb

Beyazit Yumuk: Fəxr edirik ki, Azərbaycan xalqı böyük istiqlal mübarizəsi ilə öz müstəqilliyini qazanıb

Ankara, 29 may, AZƏRTAC

Azadlıq, milli qurtuluş heç bir xalqa verilmir, bu milli sərvət ancaq qazanılır. Böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı böyük istiqlal mübarizəsi ilə öz müstəqilliyini qazanıb. 28 May - Müstəqillik Günü münasibətilə Can Azərbaycanı ürəkdən təbrik edirəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Müharibə Qaziləri Dərnəyinin başqanı Beyazit Yumuk ifadə edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbəni bütün türk dünyası üçün iftixar qaynağı kimi dəyərləndirən qazi Beyazit Yumuk deyib: “Şəhidlərimizə Allahdan rəhmət, qazilərə möhkəm sağlamlıq diləyirik. Hər zaman dualarımız onlarladır. Vətənin bütövlüyü yolunda canını fəda etmək hər kəsə nəsib olmaz. Qarabağ Zəfəri təkcə Azərbaycan üçün deyil, Türkiyə başda olmaqla, bütün türk dünyası üçün həyati əhəmiyyət daşıyan Qələbədir”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Türkiyə Müharibə Qaziləri Dərnəyinin başqanı Azərbaycan-Türkiyə müttəfiqliyinin böyük bir coğrafiyaya sülh, əmin-amanlıq və rifah gətirəcəyinə əminliyini ifadə edib.

“Müasir dünya bizlərdən güclü və ədalətli olmağı tələb edir. Bizim kiminsə torpağında gözümüz yoxdur. Heç bir topluma qarşı haqsızlıq etmədik. Heç kimsənin də bizə qarşı ədalətsizliyinə imkan vermərik”, - deyə Beyazit Yumuk fikirlərini tamamlayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.