REGİONLAR


Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar

Füzuli, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları sentyabrın 29-da Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olublar.

AZƏRTAC xəbər verir ki, forum iştirakçılarına hava limanı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanı istənilən tip təyyarəni qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.