CƏMİYYƏT


Beyin anevrizması olan 66 yaşlı qadın müalicə edilib

Bakı, 17 iyul, AZƏRTAC

Beyin anevrizmaları olduqca təhlükəli patologiyadır və fəsadlaşması zamanı xəstələrin 15 faizinin həyatına son qoyur. Həmin patologiya ilə üzləşib yaşayanların 50 faizi isə həyatını müxtəlif dərəcəli nevroloji qüsurlarla davam etdirir. Həcmindən və yerləşməsindən asılı olmayaraq, hər bir anevrizma təhlükə mənbəyi ola bilər.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən 66 yaşlı qadının sol orta beyin arteriyası bifurkasiyasında 7,5 mm ölçüsündə anevrizma aşkar edilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, neyrocərrah Azər Əkbərov xəstə üzərində açıq əməliyyat aparıb. Əməliyyatdan sonra heç bir ağırlaşma baş verməyib və ümidsiz vəziyyətdə olan xəstə müalicə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.