CƏMİYYƏT


Beyin arteriyasının daralması ən müasir endovaskulyar cərrahiyyə üsulu ilə aradan qaldırılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Müayinə zamanı 70 yaşlı qadında beyni qidalandıran ən vacib damar olan daxili yuxu arteriyasının 95 faiz daralması ilə yanaşı, ürəyin koronar arteriyalarında da ateroskleroz səbəbindən çoxlu daralmalar aşkar edilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, multidissiplinar konsilium nəticəsində xəstənin ən az fəsadla və ən tez sağlamlığına qovuşmasını təmin edən müalicə taktikası seçilib və planlaşdırılan ürək arteriyası şuntlama əməliyyatının əvvəlində yüksək insult riskini aradan qaldırmaqla daxili yuxu arteriyası daralmasının müasir endovaskulyar əməliyyatı aparılıb.

Mərkəzin unikal hibrid salonunda professor Əhməd Məmiş və uzman invaziv radioloq Ağakişi Yəhyayev bud arteriyasının lokal keyidilməsindən sonra beyin arteriyasını dünyada ən müasir üsul tətbiq etməklə tam açmağa nail olub və bunun nəticəsində beyinə qan axını tam bərpa olunub.

Əməliyyatın səhəri günü xəstə evə yola salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.