CƏMİYYƏT


Beyləqan rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb

Bakı, 23 noyabr, AZƏRTAC

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əlinəzərli kənd sakini S.Qarayevdən, Eyvazalılar kənd sakinləri N.Cəfərlidən və E.Cəfərovdan qanunsuz saxladıqları “TOZ-16” markalı üç ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.