SİYASƏT


Beyləqan rayonunun sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcək

Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da bir sıra mühüm işlər görüldüyü, Mərkəzi Rayon Xəstəxanasının, Mədəniyyət Sarayının, 3000 yerlik Mərkəzi Stadionun yenidən qurulduğu, Gənclər Mərkəzinin, Şahmat Məktəbinin, əlil və şəhid ailələri üçün yaşayış binasının və digər sosial yönümlü obyektlərin tikilərək istifadəyə verildiyi, yeni yollar çəkildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, iritutumlu logistik mərkəzin və taxıl anbarlarının, istehsal və emal müəssisələrinin yaradıldığı, 11 mindən çox yeni iş yerinin açıldığı bildirilir.

Sərəncama əsasən, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.