REGİONLAR


Beyləqan taxılçıları zəmilərdən 52 min 793 ton məhsul götürüblər

Beyləqan, 4 avqust, AZƏRTAC

Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il 52 min 793 ton taxıl istehsal ediblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsulun 48 min 356 tonu buğda, 4437 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 35 sentner, arpa sahələrində isə 29,3 sentnerdir. 2017-ci illə müqayisədə istehsal olunan taxıl 3522 ton, hər hektarın məhsuldarlığı isə 0,6 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.

Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 15 min 346 hektarda taxıl becərilib. Bunun 13 min 816 hektarı buğda, 1530 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.