REGİONLAR
Beyləqanda 15 min tondan artıq taxıl tədarük edilib
Beyləqan, 27 iyun, AZƏRTAC
Beyləqan rayonunun təsərrüfatlarında taxıl biçini davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə artıq arpa biçini başa çatdırılıb, sahələrdən 4437 ton məhsul əldə edilib. Rayon taxılçıları 3140 hektar buğda sahəsində də biçin aparıb, 10 min 801 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı buğda sahələrində 34,4 sentner, arpa zəmilərində isə 29 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 15 min 346 hektar sahədə taxıl becərilib. Bunun 13 min 816 hektarı buğda, 1530 hektarı arpa zəmiləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]