REGİONLAR


Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Layihəyə uyğun olaraq uzunluğu 8 kilometr olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.

Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra edilir. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşan kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, kilometr göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə aparılan yenidənqurma işləri 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsi ilə yanaşı, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.