REGİONLAR


Beyləqanda 20 mindən çox sakin kütləvi tibbi müayinədən keçib

Beyləqan, 7 mart, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ölkəmizdə həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Beyləqan rayonunda fevralın 12-dən etibarən 8 yaşayış məntəqəsinin sakinləri və 13 idarə-müəssisə kollektivi olmaqla, 20 min 560 nəfər sakin müayinə olunub.

Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, müayinələr zamanı xəstəlik aşkar olunan 1715 nəfər ambulator, 52 nəfər isə stasionar müalicəyə cəlb olunub, 5 nəfər Bakı şəhərinə göndərilib. Sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Bundan başqa yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi aparılır.

Tibbi müayinədən Beyləqan rayonunun 69 min 820 nəfər sakininin keçməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.