REGİONLAR


Beyləqanda “Dirimiz əsgərdir, ölümüz şəhid” adlı abidə inşa olunub VİDEO

Beyləqan, 7 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqan rayonu Orta Əlinəzərli kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə inşa olunub. “Dirimiz əsgərdir, ölümüz şəhid” adlı abidədə 1-ci və 2-ci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan Orta Əlinəzərli kəndinin qəhrəmanlarının fotoları əksini tapıb.

Abidənin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər, kənd sakinləri, məktəb kollektivi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhuna dualar oxunub.

Çıxış edənlər bildiriblər ki, Orta Əlinəzərli kəndində inşa olunan abidədə 7 şəhidin xatirəsi əbədiləşdirilib. Abidədə 1-ci Qarabağ müharibəsi şəhidləri Əliyev Kərəm Qədim oğlu, Paşayev Paşa İbrahim oğlu, Aprel şəhidi Quliyev İnqilab Çingiz oğlu və İkinci Qarabağ müharibəsi şəhidləri İsmayılov Elvin Tələt oğlu, Heydərli Ayxan İlham oğlu, Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlunun fotoları əksini tapıb.

Çıxışlardan sonra abidənin açılışı olub. Məktəblilərin ifasında qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.