CƏMİYYƏT
Beyləqanda “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində bir nəfər ölüb
Bakı, 24 iyun, AZƏRTAC
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb. Avtomobildə aşkarlanan və şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]