SİYASƏT


Beyləqanda dini maarifləndirmə işinin təşkilinə dair ikigünlük seminar-treninq keçirilir

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Beyləqan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan Gənclər Mərkəzində baş tutan tədbirdə rayon icra başçısının birinci müavini Telman Məstanov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, eləcə də rayonun məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısının birinci müavini Telman Məstanov maarifləndirmə tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib, rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.

DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışıb, bütün dini konfessiyaların dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.

Sədr müavini respublikamızda dini radikalizmə qarşı aparılan tədbirlərdən də söhbət açıb, dini radikalizm və ekstremizmə qarşı mübarizə üsulları kimi maarifləndirici, preventiv və inzibati metodlardan istifadə olunduğunu deyib. Dini radikalizmə qarşı maarifləndirmə metodunun səmərəliliyini xüsusi vurğulayan G.İsmayılov gənclərin düzgün dini bilgilərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb.

Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.