REGİONLAR


Beyləqanda indiyədək 2230 hektar sahədə taxıl səpini aparılıb

Beyləqan, 27 oktyabr, AZƏRTAC

Bu il taxıl zəmilərindən bol məhsul götürən Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 9680 hektar sahədə payızlıq şum qaldırılıb, 1080 hektarda buğda, 1150 hektarda arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 14 min hektarda taxıl səpilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Beyləqan taxılçıları bu il 12 min 989 hektar taxıl sahəsindən 46 min 112,7 ton məhsul əldə ediblər. Məhsulun 40 min 521 tonu buğda, 5591,7 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner, o cümlədən buğda sahələrində 36,5 sentner, arpa sahələrində isə 30,7 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.