REGİONLAR


Beyləqanda indiyədək vətəndaşlara 131 min 268 doza vaksin vurulub

Beyləqan, 27 yanvar, AZƏRTAC

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayon sakinlərinə 131 min 268 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 55 min 165, ikinci doza üzrə vaksinasiya olunanların sayı 50 min 159 nəfər, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 min 944 nəfərdir. Rayonda qeydiyyatda olan 18 yaşdan yuxarı əhali üzrə birinci doza üzrə vaksinləşmə səviyyəsi 77,7 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.