CƏMİYYƏT


Beyləqanda karantin qaydalarının pozulduğu toy mərasimləri aşkar edilib

Bakı, 24 iyul, AZƏRTAC

Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.