CƏMİYYƏT
Beyləqanda karantin rejimi qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər
Bakı, 10 avqust, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal həmin ünvana gələn Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıblar. Mərasim dayandırılıb və məclisdə olan 8 nəfər polis şöbəsinə gətirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]