REGİONLAR
Beyləqanda keçirilən futbol turnirində respublikanın müxtəlif bölgələrindən olan komandalar mübarizə aparır
Beyləqan, 23 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar Beyləqan rayonunun Bahar qəsəbəsində futbol turniri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AFFA-nın dəstəyi, Beyləqan rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən turnirdə respublikanın müxtəlif bölgələrindən olan 2006-2007-ci il təvəllüdlü futbolçulardan ibarət 6 komanda mübarizə aparır.
Turnirin açılış mərasimində rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova və Bahar qəsəbə tam orta məktəbin müəllimi Nəcibə Tahirova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə oynadığı roldan danışıb, futbolçulara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. AFFA-nın təyin etdiyi hakimlər tərəfindən idarə olunan turnir mayın 25-dək davam edəcək. Turnirin qaliblərinə kubok, medal, diplom və hədiyyələr təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]