CƏMİYYƏT
Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü məsuliyyətə cəlb edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Beyləqan rayonu ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mersedes” markalı avtomobilə saxla işarəsi versə də, sürücü hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin sürücü rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib. Sürücü T.Əliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]