REGİONLAR


Beyləqanda maarifləndirici tədbir: Narkomaniyaya yox deyək

Beyləqan, 20 avqust, AZƏRTAC

Cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biridir. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Dünyamalılar kənd Folklor evində keçirilən maarifləndirici tədbirdə səsləndirilib. Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Dünyamalılar kənd inzibati ərazi icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə polis şöbəsinin, rayon mərkəzi xəstəxanasının mütəxəssisləri, kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq kəndin mərkəzindəki Şəhidlər xiyabanının ziyarəti ilə başlayıb.

Tədbirdə çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən danışıblar. Həmçinin narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini vurğulayıblar.

Sonda narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.