CƏMİYYƏT


Beyləqanda oğurluqla məşğul olan şəxslər saxlanılıblar

Bakı, 4 avqust, AZƏRTAC 

Bu ilin iyul-avqust aylarında Beyləqan rayonunun Eyvazlılar kəndi ərazisindəki tövlədən və otlaq sahəsindən mal-qara oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər. Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri - E. Ələsgərov və S. Əliyev saxlanılıb. Araşdırmalarla onların zərərçəkmişlərə məxsus 450 manat dəyərində xirdabuynuzlu və 330 manat dəyərində iribuynuzlu mal-heyvan oğurladıqları müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.