CƏMİYYƏT
Beyləqanda qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti mövzusu müzakirə edilib
Bakı,18 mart, AZƏRTAC
Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ələmdar Rzayev adına Dünyamalılar kənd 2 saylı tam orta məktəbində “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda qadınların dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, onların idarəetmə və qərarların qəbul olunması prosesinə cəlb edilmələri üçün lazım olan bütün addımların atıldığını qeyd ediblər. Vurğulanıb ki, erkən nikah səbəbindən qızların təhsildən yayınması hallarına da rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığı və maarifləndirici tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.