REGİONLAR


Beyləqanda şəkər çuğunduru yığımı davam edir

Beyləqan, 26 oktyabr, AZƏRTAC

Beyləqan rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 56,3 hektarında yığım aparıb, 2491 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 442,4 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.