REGİONLAR


Beyləqanda süd istehsalı müəssisəsinin fəaliyyəti antisanitar şəraitə görə məhdudlaşdırılıb VİDEO

Beyləqan, 15 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqanda antisanitar şəraitdə fəaliyyət göstərən süd istehsalı müəssisəsi aşkar edilib. AQTA əməkdaşlarının məntəqəyə baxışı zamanı normativ tələblərin pozulduğu müəyyən edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Ucar regional bölməsi tərəfindən Beyləqanda keçirilən reyd zamanı sanitar tələblərin pozulduğu süd istehsalı müəssisəsi aşkar olunub.

AQTA Ucar regional bölməsinin Qida Təhlükəsizlik Sektorunun məsləhətçisi Heydər Heydərov bildirib ki, rayonun Dünyamalılar kəndi ərazisində fəaliyyət göstərən Həsən Məmmədova məxsus obyektə baxış keçirilən zaman antisanitar şəraitdə istehsal prosesi aparıldığı, həmçinin müəssisə daxilindəki avadanlıqlarının normalara uyğun olmadığı müəyyən edilib. Agentlik əməkdaşları tərəfindən üzə çıxan nöqsanlar barədə sahibkar məlumatlandırılıb və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verildikdən sonra müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.