REGİONLAR


Beyləqanda tədbir: “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”

Beyləqan, 10 may, AZƏRTAC

Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş kitab və rəsm sərgisinə baxış keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə dinlənilib. Məruzə və çıxışlarda bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi istiqamətindəki tarixi rolu və Azərbaycan mədəniyyətinə qayğısı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərdiyi, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazandığı qeyd olunub.

Tədbirdə Ümummilli Liderin 99-cu ildönümünə həsr edilmiş "İstedad" baxış-müsabiqəsi qalibləri mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.