CƏMİYYƏT


Beyləqanda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

Bakı, 30 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Beyləqan rayonunda inşa edilmiş fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir. Cari ildə 600-ə yaxın mənzilin qeyd olunan kateqoriyalara aid olanlara təqdim olunması planlaşdırılıb. Bu istiqamətdə ardıcıl işlər aparılmaqla yeni inşa olunmuş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunur. Beyləqan rayonunda da bu proses uğurla davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar sosial cəhətdən həssas qruplara, o cümlədən Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının mütəmadi olaraq artırıldığına, yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.