REGİONLAR


Beyləqanın Xaçınabad kəndinə təbii qaz verilib VİDEO

Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb

Beyləqan, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Mayın 10-da Beyləqan rayonunun Xaçınabad kəndinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Beyləqan rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2019-cu ildə də uğurla davam etdirilməkdədir.

Məlumat verilib ki, 77 fərdi evdən ibarət olan Xaçınabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 min 836 metr uzunluğunda metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Xaçınabad kəndinə təbii qazın verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. Kənd sakinləri yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.