MƏDƏNİYYƏT


Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə gənclərə məlumat verən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildən Avropanın ən yaxşı muzeyləri sırasındadır. Hazırda digər tarixi yerlər və abidələrimizin bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.

Sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin və digər abidələrin ətrafında abadlıq və təmizlik işləri aparılıb. Tədbir Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində gənclərin iştirakı davam edib. Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs kollektivi, 7 nömrəli musiqi məktəbi və 240 nömrəli tam orta məktəbin istedadlı şagirdləri musiqi nömrələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.