DÜNYA


Beynəlxalq Ədalət Məhkəməsi İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını istəyib

Tehran, 3 oktyabr, AZƏRTAC

BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın tətbiq etdiyi sanksiyalara dair İranın qaldırdığı vəsatətə baxaraq ilkin dinləmələr keçirib.

AZƏRTAC xəbər verir ki, dinləmələrdən sonra verilən qərarda ABŞ İranın mülkü aviasiyasına, kənd təsərrüfatı və əczaçılıq sahələrinə tətbiq etdiyi sanksiyaların aradan qaldırmalı olduğu vurğulanıb.

ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsi iki ölkə arasında 1955-ci ildə imzalanan “Dostluq Haqqında” Memoranduma ziddir. Qərarda qeyd olunur ki, sanksiyalardan sadə vətəndaşlar zərər çəkməməli və tərəflər münaqişə yarada biləcək addımlardan çəkinməlidirlər.

ABŞ-ın dinləmələrdə iştirak edən hüquqşünasları etiraz edərək iddia ediblər ki, iki ölkə arasında imzalanmış “Dostluq Haqqında” Memorandum artıq qüvvədə deyil və qüvvədə olsa belə sanksiyalar Memoranduma zidd deyil. Lakin məhkəmə ABŞ hüquqşünaslarının iddiasını təmin etməyib.

İranın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək ədalətli qərarı alqışladıqlarını və gələcəkdə keçiriləcək məhkəmə dinləmələrində də beynəlxalq hüququn üstün tutulacağına əminliyini bildirib.

Xatırladaq ki, dinləmələr oktyabrın 7-də başlayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.