Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası və Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Bakı, 7 iyun, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib.

Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının uğurlarından, "Əmək və məşğulluq" altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. Yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. İclasda BƏT-in baş direktoru J.Hunqbo da iştirak edib.

İclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu sahədə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.

Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-in “Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında” 184 nömrəli və “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələri haqqında” 187 nömrəli Konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğalı altında olarkən tamamilə dağıdıldığı qeyd olunub.

Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra mina terroru nəticəsində 302 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə səyləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycanın dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

Sentyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsi

Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27 Sentyabr şanlı Qələbəmizin başlanğıc tarixidir

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edilib

Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir

AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu çəkiblər VİDEO

Rusiya XİN Fransa Prezidenti Emmanuel Makronun bəyanatını “təhrikçilik” adlandırıb

Rəsədxanada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Türkiyə Superliqasında oynayan azərbaycanlı futbolçuların transfer qiyməti dəyişməyib

Balakənlilər şəhidlərin əziz xatirəsini ehtiramla anıblar

“Binance” kriptobirjası Rusiyadan çıxdığını elan edib

Azərbaycana gələn turistlərin sayı 33 faizdən çox artıb

® Mərkəzi Gömrük Hospitalında Anım Gününə həsr olunan tədbir keçirilib

Akademik İradə Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik

Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi müalicə olunub

Biləsuvarda şəhidlərin xatirəsi yad edilib

Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazıb

2015-ci ildə Moldovanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçidən

Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın yurd sevgisinin nümayişi oldu

Analitiklərin bu il üçün Çin iqtisadiyyatı üzrə proqnozları pisləşib

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Elm və Təhsil Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

“Vətən müharibəsi bizim şanlı tariximizdir” - Dilçilik İnstitutunda anım tədbiri

Azərbaycan Riqada keçirilən milli statistika qurumlarının rəhbərlərinin tədbirində təmsil olunur