MƏDƏNİYYƏT


Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin tərkibi elan olunub

Bakı, 19 iyul, AZƏRTAC

İkinci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.

AZƏRTAC xəbər verir ki, festivalın beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək.

Münsiflər heyətinin üzvləri, həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.

Festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək. Festivalda Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatının verilməsi də nəzərdə tutulur.

Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə təşkil olunacaq festival oktyabrın 18-20-də keçiriləcək.

Festival çərçivəsində üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq.

Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti böyüklərlə birgə fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.