ELM VƏ TƏHSİL


Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirən azərbaycanlı məzunlara diplomlar təqdim olunub

Laksenburq, 8 dekabr, AZƏRTAC

Dekabrın 7-də Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) korrupsiya ilə mübarizə üzrə magistr proqramı çərçivəsində növbəti buraxılış mərasimi keçirilib. Akademiyanı bu il bitirən məzunlar arasında Azərbaycan vətəndaşları da olub.

AZƏRTAC xəbər verir ki, buraxılış mərasimində akademiyanın dekanı Martin Kroytner açılış nitqi ilə çıxış edib. Sonra buraxılış mərasimində dünyanın 15-dən çox ölkəsini təmsil edən 22 məzun, o cümlədən proqramı fərqlənmə ilə başa vuran azərbaycanlı məzunlar – Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elçin Mahmudov və Dövlət İmtahan Mərkəzinin əməkdaşı Vüqar Əsgərov diplomlarla təltif olunub.

Mərasimdə həmçinin Vyanada yerləşən beynəlxalq təşkilatların, diplomatik missiyaların və ali təhsil müəssisələrinin yüksək səviyyəli nümayəndələri iştirak edib.

Sonda məzunlar və akademik heyət birgə xatirə şəkli çəkdirib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Laksenburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.