CƏMİYYƏT


Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələrinə “ASAN Viza” sistemi haqqında məlumat verilib

Bakı, 24 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nümayəndələri ilə görüş keçirilib. Görüşdə agentliyin sədr müavini Ceyhun Salmanov, BAF-ın icraçı direktoru Kristian Faythinger, “Azərkosmos” ASC-nin nümayəndələri və başqaları iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “ASAN Viza” sistemi haqqında məlumat almaq olub. Həmçinin ölkədə təşkil edilən beynəlxalq tədbirlərə gələn əcnəbilərin viza prosedurlarının sadələşdirilməsi və elektron vizaların alınması ilə bağlı müzakirələr aparılıb.

Qonağa “ASAN xidmət” və onun fəaliyyət istiqamətləri haqqında, həmçinin “ASAN Viza” sistemi, son illərdə ölkədə keçirilmiş beynəlxalq tədbirlər və onların təşkilində “ASAN Viza”nın rolu haqqında təqdimat edilib.

BAF-ın nümayəndələri, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində olub və onun fəaliyyəti ilə bağlı məlumatlandırılıblar. Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri, “ASAN Viza” ilə bağlı prosedurları yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.