ELM VƏ TƏHSİL


Beynəlxalq Astronomiya İttifaqının 100 illiyi münasibətilə tədbirlər təşkil ediləcək

Bakı, 9 yanvar, AZƏRTAC

Bu il Beynəlxalq Astronomiya İttifaqı (IAU) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl ərzində keçiriləcək bayram tədbirlərində əsas diqqət astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcək.

Tusi-Bohm Planetarium‎dan AZƏRTAC-a bildirilib ki, tədbirlər yanvarın 10-dan 13-dək bütün dünyanın qatılacağı “100 saat astronomiya” ilə başlayacaq. Bu sahənin mütəxəssisləri həvəskar astronomları və ictimaiyyəti öz astronomiya biliklərini və təcrübələrini hamı ilə bölüşməyə dəvət edirlər. Bu günədək 50 müxtəlif ölkədən 250–dən çox tədbir qeydiyyatdan keçib.

“100 saat astronomiya” tədbiri hamı üçün nəzərdə tutulmuş 2 teleskopdan birini udmaq şansını da yaradır. Hər kəsin öz sosial şəbəkəsində #100HoursOfAstronomy və #IAU100 açar sözlərini paylaşmaqla qalib olmaq imkanı var.

Tədbir Tusi-Bohm Planetarium‎da da qeyd olunacaq. Dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, yanvarın 12-də məktəblilərarası “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.