DÜNYA


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat edib

Bakı, 22 iyul, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano vəfat edib.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, agentliyin rəhbərinin ölümü ilə bağlı xəbər üzv ölkələrə göndərilib. Yaponiyalı 72 yaşlı diplomat iki il əvvəl dörd illiyinə - 2021-ci il noyabrın 30-dək yenidən BAEA-nın sədri seçilmişdi. Lakin ötən həftə onun xəstəliyi səbəbindən səlahiyyətlərini gələn ilin martında tamamlayacağı bildirilmişdi. Yukiya Amanonun səhhəti ötən ilin sentyabrında agentliyin mənzil-qərargahının yerləşdiyi Avstriyada keçirilən konfransdan sonra kəskin şəkildə pisləşmişdi. Lakin yapon diplomat vəzifələrinin icrasını davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.