Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının baş direktoru Pevrul Kavlakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası adından ən səmimi təbriklərimi çatdırıram.

Avrasiya xalqları arasında birliyi təmin etmək və Avrasiya ölkələri arasındakı mövcud dostluq əlaqələrini möhkəmləndirmək üçün səylərinizi federasiyamız təqdir edir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha səmimi təbriklərimi çatdırır, Sizə və bütün Azərbaycan xalqına, sülh, rifah və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

 

Pevrul Kavlak

Beynəlxalq Avrasiya Metal İşçiləri

Federasiyasının baş direktoru

Türkiyə Respublikası, Ankara şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin