Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb

Bakı, 30 avqust, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə etiraz əlaməti olaraq BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

BAMF-dan AZƏRTAC-a bildiriblər ki, Avropa Parlamentinin tövsiyə sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təhrif olunub və oxucunu çaşdırır. Qəbul edilmiş tövsiyə beynəlxalq normalara uyğun olmadığı və BMT-nin əsrin bir rübündən çox davam edən münaqişəyə dair rəsmi mövqeyini əks etdirmədiyi üçün yenidən ciddi və hərtərəfli baxılmağı tələb edir. BAMF hesab edir ki, ictimai təşkilatlar, həmçinin müxtəlif strukturlar Fondun müraciətinə qoşulmalı və 2017-ci il sentyabrın 12-də öz işinə başlayacaq BMT Baş Məclisinin 72-ci sessiyasında Avropa Parlamentinin təklif etdiyi tövsiyəyə ədalətli qiymət verilməsinə dair çağırış etməlidir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-nin baş katibinə müraciətində deyilir:

“Hörmətli cənab Antonio Quterreş, biz Sizə Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə xüsusi diqqət yetirməyiniz üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu adından müraciət edirik. Əgər diqqət yetirsəniz, orada Azərbaycana qarşı ədalətsiz yanaşmanın olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin obyektiv əksini tapmadığını görəcəksiniz.

Tövsiyə sənədində deyilir ki, Şərqi və Cənubi Qafqaz ölkələrinin, yəni, Gürcüstan, Moldova və Ukraynanın müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməlidir. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tövsiyə insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək və bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüququn təmin olunmasına çağırır”.

Tövsiyədə Azərbaycanın 25 ildən çoxdur ki, 20 faiz torpaqlarının - Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələrinin işğalı altında olması barədə heç bir məlumatın verilmədiyinin xüsusi vurğulandığı müraciətdə deyilir: “İşğal olunmuş Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən təcili, tamamilə və qeyd-sərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsdiq edilib. Həmçinin bu sahədə 1993-cü ildə BMT Baş Məclisinin “Azərbaycanın qaçqın və məcburi köçkünlərinə beynəlxalq səviyyədə yardım edilməsi” adlı 48/114 saylı, 2006-cı il sentyabrın 7-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 60/285 saylı və 2008-ci il martın 14-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı A/RES/62/243 saylı qətnamələri ilə də təsdiq olunub.

Münaqişə başlayan vaxtdan Azərbaycanın minlərlə günahsız vətəndaşı Ermənistanın xüsusi qəddarlıqla törətdiyi işğalçılıq siyasətindən zərər çəkib. Təkcə 1989-cu ildə sovet ordusunun köməyi ilə 270 min azərbaycanlı Ermənistandan deportasiya edilib. Bu vaxt Dağlıq Qarabağın özündə yalnız bir neçə on min erməni yaşayırdı. Ərazi baxımından Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal edilmiş yeddi rayonunun hər birindən kiçikdir. Ermənilər Dağlıq Qarabağda bir neçə min ermənini öz müqəddəratını təyin etmək hüququnu müdafiə etdikləri vaxtda Azərbaycanda 30 ilə yaxındır ki, erməni işğalı və hərbi əməliyyatlarının nəticəsində öz yurdlarından didərgin düşmüş 1,2 milyon qaçqın və məcburi köçkün əziyyət çəkir. Bu, dəhşətli haldır.

2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Çıraqov və Ermənistan əleyhinə digərləri” işi ilə bağlı qərarını bəyan edib. Qərarda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın rayonu və ona bitişik digər ərazilər hazırda işğal altındadır. Məhkəmə 2011-ci il dekabrın 14-də qəbul etdiyi qərardan çıxardığı nəticəni təsdiq edib. Bu qərara görə, qondarma “DQR” nə ölkələr, nə də beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Bununla da AİHM böyük səs çoxluğu ilə bu qondarma rejimi inkar edən və etnik təmizləmə və beynəlxalq hüququn digər əsas normalarının ciddi şəkildə pozulması kimi kədərli praktika ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş güc tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətin legitimliyini qəbul etməyən beynəlxalq ictimaiyyətin mövqeyini təsdiqləyib”.

Daha sonra müraciətdə deyilir: “Münaqişə dövründə erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində bütün kəndləri, çoxlu sayda abidələri və mədəni irsi xüsusi qəddarlıqla dağıdıb, bu zaman dinc əhalini xüsusi amansızlıqla qətlə yetirib. Təqribən 900 kənd, 150 min ev, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, bir milyon hektar əkin sahəsi erməni silahlı qüvvələri tərəfindən məhv edilib. Boşaldılmış torpaqlar artıq bir neçə onillikdir ki, istifadə edilmir və atılmış vəziyyətdədir. Bu XXI əsrdə qorxunc ekoloji durumdur. Artıq 3-cü onillikdir ki, Azərbaycan xalqının bütün istəkləri bu münaqişənin ədalətli və tez bir zamanda həll olunmasına yönəlib. İnsanlar işğal altında olan evlərinə qayıtmaq istəyirlər. Cəbhə xəttinə yaxın kəndlərdə dinc sakinlər erməni tərəfinin mütəmadi hərbi təxribatı nəticəsində öldürülmək qorxusu altında yaşayırlar. Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində erməni tərəfinin mülki əhalisi yoxdur, Azərbaycanın cəbhə boyu rayonlarında isə dinc əhali yaşamağa davam edir. Onlar tez-tez erməni qüvvələrinin hədəfinə çevrilir. Bu halda konfliktə donmuş demək olarmı?

Sülhün bərqərar olması üçün biz münaqişənin real faktları və əsas təcavüzkarın kim olduğunu deməliyik. Ötən əsrin 80-ci illərinin sonunda münaqişə başlayandan dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kifayət qədər diqqət ayırmayıb və ola bilsin ki, məhz bu səbəbdən buna bənzər digər münaqişələr Moldova, Gürcüstan və bu yaxınlarda isə Ukraynada baş verib.

Birtərəfli və qərəzli yanaşma vəziyyəti heç vaxt dəyişməyəcək, əksinə daha da dərinləşdirəcək. Aydındır ki, bu məsələdə beynəlxalq hüququn normaları deyil, iri dövlətlərin maraqları rol oynayır. Əks halda heç vaxt bu qədər insanın həyatına son qoymuş münaqişəyə belə münasibət olmazdı. Təcavüzkarın adı və işğala məruz qalmış tərəf ucadan deyilməli, “münaqişənin tərəfləri” ifadəsi altında gizlədilməməlidir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qeyri-hökumət təşkilatı və BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olduğunun vurğulandığı müraciətdə deyilir: “Avropa Şurasının tövsiyələrinin həqiqəti əks etdirmədiyinə və BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair artıq çoxdan qəbul etdiyi faktları açıq şəkildə inkar etdiyinə diqqət yetirməyiniz üçün sizə bu etiraz məktubunu ünvanlayırıq. Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışanların əksəriyyəti 25 ildir ki, münaqişədən əziyyət çəkən və bu tövsiyədəki ədalətsizliyi ürəkağrısı ilə qarşılayan, sizin dəstəyinizə ümid edən qaçqın və ya məcburi köçkünlərdir. Çox xahiş edirik, tövsiyəyə ciddi diqqət yetirəsiniz. Biz sizin münaqişələrin dinc yolla həll edilməsi və bütün dünya ilə əməkdaşlığa dair siyasətinizi dəstəkləyirik. İnanırıq ki, siz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə bilirsiniz. Buna görə də sizdən Avropa Şurası tərəfindən qəbul edilmiş tövsiyəyə xüsusi diqqət yetirməyinizi və ədalətsizliyə yol verməməyi təkidlə xahiş edirik. Ümidvarıq ki, BMT faktları qiymətləndirərkən ədalətli olacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir