ELM VƏ TƏHSİL
Beynəlxalq Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyası yaradılacaq
Bakı, 22 may, P.İmanova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutu ilə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz İnstitutu arasında “Karbohidrogen sistemlərinin modelləşdirilməsi” beynəlxalq Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq laboratoriyanın yaradılmasının məqsədi intellektual resursların birləşdirilməsi üçün elmi tədqiqat məsələlərinin həlli və fəaliyyət istiqamətlərinin reallaşdırılmasıdır.
Memorandum mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya çərçivəsində imzalanıb.