MƏDƏNİYYƏT
Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü münasibətilə tədbir keçirilib
Bakı, 22 avqust, AZƏRTAC
Bakıda açıq havada 26 avqust - Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü münasibətilə konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşan konsert proqramı Mərdəkan Mədəniyyət Sarayında baş tutub.
Konsertdən əvvəl qonaqlara Azərbaycanın xalq musiqisi və muğam sənətinin tarixi zənginliyi haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha sübut edir.
Konsertdə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib.
Sonunda “Xəmsə” muğam qrupunun üzvlərinə müvafiq diplom və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]