SİYASƏT


Beynəlxalq Böhran Qrupu: Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə etinasız yanaşır

Bakı, 24 iyul, AZƏRTAC

Ermənistanın yeni rəhbərliyi 30 ildir davam edən Dağlıq Qarabağ probleminin həllinə etinasız yanaşır və bu münaqişənin nizama salınmasında rəsmi Yerevanın uzun illərdir davam edən mövqeyini qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, başı daxili problemlərin həllinə qarışmış Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına biganə münasibəti gərginliyin artmasına səbəb ola bilər. Münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmaması Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə bilər.

Hesabatda rəsmi Bakının uzun müddətdir davam edən qeyri-müəyyənlikdən narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək niyyətini gücləndirə biləcəyi qeyd edilir. Münaqişənin yenidən alovlanmasının 2016-cı ilin Aprel döyüşlərindən də ağır nəticələrə gətirib çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə getməkdən imtina edən Ermənistan hökuməti sərhəd bölgəsindəki 300 min dinc əhalinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində raketlərin və artilleriyanın yaxınlığında yaşayan 150 min erməninin taleyini düşünməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.