İDMAN


Beynəlxalq Boks Federasiyası çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib

Bakı, 3 noyabr, AZƏRTAC

Beynəlxalq Boks Federasiyasının (AIBA) Moskvada keçirilən Konqresində Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişikliklər təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, kişi boksçular 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında səkkiz - 52, 57, 64, 69, 75, 81, 91 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcəsində yarışacaqlar. Olimpiadada 214 dəri əlcək ustası birincilik uğrunda mübarizə aparacaq.

Qadın boksçuların yarışında iki çəki dərəcəsi artırılıb. Belə ki, boksçular 51, 57, 60, 69 və 75 kiloqram çəkidə rinqə çıxacaqlar. Oyunlarda 72 qadın boksçu çıxış edəcək.

Həmçinin peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. İdmançıların təsnifat mərhələsində ən azı 15 peşəkar döyüşü olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.