İDMAN


Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Tokioda Beynəlxalq Cüdo Federasiyasının (IJF) konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresdə IJF-in İcraiyyə Komitəsinin üzvləri, üzv ölkələrin nümayəndələri və digər rəsmilər iştirak ediblər. Ölkəmizi konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib.

Tədbirdə əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat məruzəsi dinlənilib. M.Vizer cüdonun dünyada geniş təbliği məqsədilə CNN, Reuters, Eurosport kimi nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo təqvimindən, 2020-ci il Yay Olimpiya Oyunlarına hazırlıqdan bəhs edib. O, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə hərtərəfli dəstək göstərildiyini vurğulayaraq marketinq, informasiya texnologiyaları, beynəlxalq humanitar təşkilatlarla iş birliyi, təhsil məsələləri və gələcək hədəflərdən söhbət açıb.

Sonra təşkilatın baş katibi Jan Luk Roje, baş xəzinədar Nasir Əl-Tamiminin hesabatları dinlənilib.

Daha sonra beynəlxalq federasiyanın müvafiq strukturlarına seçkilər keçirilib. Jan Luk Roje və Nasir Əl-Tamimi növbəti dörd il müddətinə öz vəzifələrinə təsdiq olunublar.

Konqresdə, həmçinin IJF-in Nizamnaməsinə nizam-intizam və etik məsələləri ilə bağlı dəyişikliklər edilib.

Sonra müxtəlif sahələr üzrə məsul şəxslər hesabat məruzələri ilə çıxışlar ediblər.

Daha sonra müxtəlif qitələr üzrə nümayəndələr görülən işlər barədə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.