İQTİSADİYYAT
“Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar təşkil olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Dövlət Dəniz Agentliyində “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar təşkil olunub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”, “Dənizdə insan həyatının qorunması haqqında” və “Dənizin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair” Beynəlxalq Konvensiyalara edilən əlavə və dəyişikliklər haqqında məlumatlar verilib. Həmçinin dəniz hüququna dair tələblər haqqında müzakirələr aparılıb.
Seminarda Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycanda dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin müəllimləri iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.