İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal neft tələbatı gündəlik 99,2 milyon barrel olacaq
Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC
Qlobal neft tələbatı 2018-ci ildə gündəlik orta hesabla 99,2 milyon barrel təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft təklifi aprel ayında gündəlik 98 milyon barrel səviyyəsində qalıb. Buna səbəb son üç ilin ən yüksək səviyyəsinə çatan neftin qiymətinin istehlaka təsir göstərməsidir: “Neftin qiymətindəki sıçrayış tələbata zərər verir”.
Qlobal neft tələbatının 2018-ci ildə gündəlik orta hesabla 99,2 milyon barrel olacağı gözlənilir.
IEA Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və müttəfiqlərinin ehtiyatları 2014-cü ildən bu vaxtadək ilk dəfə beş illik orta səviyyədən aşağı saldığını və bunun nəticəsində də qlobal təklif çoxluğunu azaltmağa müvəffəq olduqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]