İQTİSADİYYAT


Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı artacaq

Bakı, 11 mart, AZƏRTAC 

2019-2024-cü illərdə qlobal neft tələbatı 7,1 milyon barrel artaraq gündəlik 106,4 milyon barrelə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artacaq. 2019-2024-cü illərdə qlobal neft tədarükünün artımında ən çox paya ABŞ, Braziliya, İraq, Norveç və Birləşmiş Ərəb Əmirliklərinin sahib olacağı gözlənilir.

Qlobal miqyasda neft tələbatının artmasında Asiyadakı iqtisadi inkişaf və ABŞ-ın neft-kimya sənayesi təsirli olacaq. Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalının 2024-cü ilədək gündəlik 380 min barrel azalacağı proqnozlaşdırılır.

IEA-nın baş icraçı direktoru Fatih Birol deyib: “Qarşıdakı dövrdə qlobal neft sənayesində qeyri-adi dəyişikliklər ola bilər və həmin 5 illik dövrdə ABŞ dünya neft bazarına öz təsirini göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.