İQTİSADİYYAT


Beynəlxalq Enerji Agentliyi: Yanvarda qlobal neft təklifi artıb

Bakı, 13 fevral, Nihad Budaqov, AZƏRTAC

Yanvarda qlobal neft təklifi artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Hesabata görə, yanvarda qlobal neft təklifi keçən ilin eyni ayı ilə müqayisədə gündəlik 1,5 milyon barrel artaraq 97 milyon 700 min barrelə çatıb.

Keçən ay Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı gündəlik 175 min barrel azalaraq 58 milyon 600 min barrelə düşüb. Lakin buna baxmayaraq yanvarda qeyri-OPEC ölkələrində xam neft hasilatı ötən ilin eyni ayı ilə müqayisədə gündəlik 1,3 milyon barrel artıb.

IEA-nın hesablamalarına görə, bu il qlobal neft tələbatı gündəlik 1 milyon 400 min barrel artacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.