İQTİSADİYYAT
Beynəlxalq Enerji Xartiyasının baş katibi Cənubi Qafqazda enerji təhlükəsizliyi barədə bəyanat verib
Bakı, 12 oktyabr, AZƏRTAC
Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika nazirinin müşaviri-mətbuat katibi Zəminə Əliyeva deyib.
Onun sözlərinə görə, bəyanatda baş katib U.Rusnak tərəfindən beynəlxalq öhdəliklərə uyğun davranılmasına, mühüm enerji infrastrukturuna təsir göstərə biləcək yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə poza və ya dayandıra biləcək hər hansı hərəkətdən çəkinilməsinə çağırış edilib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən Beynəlxalq Enerji Xartiyası Katibliyinə və digər beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]