ELM VƏ TƏHSİL


Beynəlxalq Fermat Riyaziyyat olimpiadasında şagirdlərimiz 79 medal qazanıb

Bakı, 30 mart, AZƏRTAC

Asiya riyaziyyat olimpiadalarından olan Vyetnam olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Global Olympic Center”dən (GOC) AZƏRTAC-a bildirilib ki, ölkəmizi bu yarışda 119 nəfər təmsil edib.

Dünyanın 33 ölkəsinin iştirak etdiyi Fermat olimpiadasında şagirdlərimiz 79 medal əldə ediblər.

Fermat olimpiadasının Azərbaycandan rəsmi nümayəndəsi olan GOC-un təşkilatçılığı ilə qlobal raundunun qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Azərbaycanı uğurla təmsil etdiklərinə görə GOC-un direktoru Xəyal İbrahimzadə şagirdlərə təşəkkürünü bildirib. Qeyd edib ki, məktəblilərimiz 10 kateqoriya üzrə yarışıblar. Fermat olimpiadasında medal sayına və əyyarına görə 33 ölkə arasında Azərbaycan 5-ci yerdə qərarlaşıb. Şagirdlər arasında Toğrul Məmmədov öz kateqoriyasında ən yüksək nəticə qazanaraq dünya birincisi adını qazanıb.

Qeyd edək ki, şagirdlərimiz 47 bürünc, 21 gümüş və 11 qızıl medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.